QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, Rusiya səyahət bloqeri 2026-cı ildə Türkiyədə istirahət edib və səfərin xərclərini şəxsi bloqunda açıqlayıb.

Müəllif yazıb ki, o və həyat yoldaşı oktyabrda Antalyada doqquz tam gün qalıblar. Hava yollarının iqtisadi sinfində iki nəfərin gedib-gəliş biletləri 100 min rubl tutub, səhər yeməyi daxil olan otel gecəliyi isə 12,5 min rubl olub.

Bloqer qeyd edib ki, birbaşa otelin saytından rezervasiya etməklə qiyməti Booking-dən təxminən 10 faiz ucuzlaşdırmaq mümkün olub.

Nəqliyyat üçün — taksi və avtomobil kirayəsi — əlavə 30 min rubl xərclənib, mobil rabitə üçün 500 rubl ödənilib. Ödənişli turistik məkanların biletinə hər nəfər üçün 8,2 min rubl xərclənib, gündəlik bir yemək isə cütlük üçün 3,5 min rubladək olub.

Bloqer qənaətbəxş nəticəyə gəlməyərək yazıb: “Türkiyə artıq bir zamanlar insanların yadında qaldığı qədər büdcə yönümlü istiqamət deyil. Amma onu da demək istəməzdim ki, müstəqil səyahətçilər üçün əlçatmaz olub.”

Mənbə həmçinin xatırladıb ki, bundan əvvəl bir rusiyalı beşulduzlu oteldə istirahətindən narazılığını bildirərək üç gecəlik qalmanın ona 72 min rubl başa gəldiyini yazmışdı.