QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Rumıniyanın Rusiyadakı səfiri Kristian İstrate Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya XİN Rumıniyanın rusiyalı idmançılara viza verməkdən imtina etməsi ilə bağlı səfirə qəti etirazını çatdırıb.
Nazirliyin açıqlamasında bildirilib ki, noyabrın sonlarında Buxarestdə keçirilməsi nəzərdə tutulan 12-14 yaşlı oğlan və qızlar arasında Avropa Taekvondo Çempionatında iştirak edəcək Rusiya milli komandasına giriş vizalarının əsassız şəkildə verilməməsinə görə Rumıniya tərəfinə etiraz edilib.