Prezident İlham Əliyevin noyabrın 19-da imzaladığı sərəncamla Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin olunub. QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, tələbələr yeni rəhbərin universitetdə hansı dəyişiklikləri həyata keçirəcəyini gözləyirlər.
Dövlət İmtahan Mərkəzinə (DİM) uzun müddət rəhbərlik etmiş Abbaszadənin BDU-dakı mümkün islahatları və yenilikləri tələbələrin diqqət mərkəzindədir. Onların yeni rektordan nə gözlədiyi və ali məktəbdə hansı dəyişikliklərin aparılmasını istədiyi соal doğurub.