QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 20 yaşlı rusiyalı müğənni və bloger Avrora Kiba bu gün ailə həyatı quracaq.

Onun həyat yoldaşı 36 yaşlı azərbaycanlı biznesmen Rüstəm Hacıyev olacaq. Cütlüyün toy mərasimi Bakıda keçiriləcək.

Məlumata görə, Avrora Kiba ilə Rüstəm Hacıyev səkkiz ay əvvəl Rio-de-Janeyroda tanış olublar. Rüstəm Hacıyev Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğludur.