QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Samvel Mkrtçyanın Rusiyaya səfir təyin olunması barədə fərman imzalayıb.
Sənəd prezidentin rəsmi internet səhifəsində yayımlanıb. Təyinat Ermənistanın baş nazirinin təqdimatı əsasında həyata keçirilib. Ayrı bir fərmanla Qurgen Arsenyan Rusiyadakı səfir vəzifəsindən geri çağırılıb.
67 yaşlı Mkrtçyan bir sıra Avropa ölkələrində səfir kimi çalışıb. O, 1991-ci ildən Ermənistan Xarici İşlər Nazirliyində fəaliyyət göstərib, ATƏT, BMT və MAQATE missiyalarında müxtəlif vəzifələr tutub. 2004–2010-cu illərdə Ermənistanın NATO-dakı nümayəndəsi olub.