QafqazNews Manset.az-a istinadən xəbər verir ki, şəhid ailələrinin mənzil və ya ev alması, satması və dəyişməsi zamanı notariat hərəkətləri üçün dövlət rüsumu ödəməməsi təklif edilir.
Bu müddəa “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik layihəsində yer alıb. Sənədə görə, rüsum güzəşti tətbiq olunan şəxslər sırasına şəhid ailələri də daxil ediləcək.
Hazırda güzəştdən müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, işləməyənlər, əlilliyi olan uşaqlar, qaçqınlar və məcburi köçkünlər istifadə edirlər.
Dəyişiklik qüvvəyə minərsə, şəhid ailələri mənzil və ya evin alqı-satqısı, yaxud dəyişdirilməsi ilə bağlı notariat əməliyyatlarına görə dövlət rüsumundan azad olunacaqlar.