QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Sumqayıtda aptekdən 35 min manatın oğurlanmasında şübhəli bilinən H. Nurəliyev saxlanılıb. Əvvəllər məhkum edilmiş şəxsin kimliyi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin şəhərin müxtəlif yerlərindəki başqa obyektlərə də daxil olaraq talama cinayətləri törətdiyi üzə çıxıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.