QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda ərinin evdə içki içməsinə etiraz edən qadın döyülüb.

1977-ci il təvəllüdlü Ələddin yüngül sərxoş vəziyyətdə birgə yaşadığı evdə həyat yoldaşı Süsənlə mübahisə edib. İstintaq materiallarına əsasən, qadın ərinə evdə spirtli içki qəbul etməməsi ilə bağlı iradını bildirib. Mübahisə zamanı 49 yaşlı kişi onun üzünə əli ilə bir neçə dəfə zərbə endirərək xəsarət yetirib. Adlar şərtidir.

Ələddinə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurmanı nəzərdə tutan 128-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmədə təqsirini qəbul edib, əməlindən peşman olduğunu, zərəri ödədiyini və zərərçəkmişlə barışdığını deyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib, Ələddin isə cinayət məsuliyyətindən azad olunub.