QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda yerləşən Crescent Mall-un bəzi bölmələrində bir müddət xoşagəlməz qoxu yaranıb.

Ticarət mərkəzinin yaydığı məlumata görə, qoxuya səbəb olmuş texniki nasazlıq artıq aradan qaldırılıb. Hazırda havalandırma sistemi ən yüksək rejimdə çalışır, daxili şəraitin normallaşdırılması üçün tədbirlər görülür.

Rəhbərlik yaranmış narahatlığa görə ziyarətçilərdən üzr istəyib, göstərdikləri anlayışa və səbrə görə onlara təşəkkürünü bildirib.