QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşada təşkil olunan ziyafətdə iştirak ediblər.

Tədbirə dövlət başçılarının ailə üzvləri və bir sıra rəsmi şəxslər də qatılıblar.

Ziyafətdə Azərbaycanla Türkiyənin dostluğuna işarə olaraq “Beraber yürüdük biz bu yollarda” mahnısı səsləndirilib.