QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Tiflisdə ötən gün yaşayış binasında baş verən partlayışda 6 nəfərin həlak olması ilə əlaqədar noyabrın 22-si Gürcüstanda matəm günü elan edilib.

Bu barədə Gürcüstan hökuməti qərar verib. Qərara əsasən, matəm günü həlak olanların xatirəsinin yad edilməsi üçün ölkə ərazisində dövlət bayraqları endiriləcək.