QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşmaq istədiyini, amma onun qəbul edəcəyi şərtlərlə anlaşmağa hazır olmadığını deyib. O, bu fikirləri Ağ Evdə keçirilən mətbuat konfransında səsləndirib.
“Onlar razılığa gəlmək niyyətindədirlər, ancaq mənim razı qalacağım sənədi imzalamaq istəmirlər. Biz 51 ildir qüvvədə olan saxta razılaşmanı deyil, həqiqi razılaşmanı əldə etmək istəyirik”, – Tramp bildirib.