QafqazNews TRT Haber-a istinadən xəbər verir ki, APEC sammiti üçün Çinin Şençjen şəhərində olan ABŞ Prezidenti Donald Tramp Fox News-ə müsahibəsində İranın “qazlara və bioloji silahlara” yönəlməsinə dair işarələr olduğunu deyib.

Tramp bildirib ki, “nüvə sahəsində onların önünü kəsdik, nüvə daha çətindir. Onlar da gaza və bioloji silahlara, yəni xoşagəlməz şeylərə və digər vasitələrə yönəlirlər”.

Onun bu açıqlaması ABC News-ə danışan mənbələrin ABŞ kəşfiyyatının Vaşinqtonda “çirkli bomba” adlanan bir partlayıcı vasitə ilə ABŞ rəsmilərinin hədəfə alınması ehtimalına dair müəyyən kəşfiyyat məlumatları əldə etdiyini, lakin həmin məlumatların etibarlılığının hələ təsdiqlənmədiyini xəbər verməsindən sonra verilib.

Məsələni ilk dəfə CNN işıqlandırmışdı. Tramp müsahibədə əlavə detal vermədən 1 yanvardan sonra “nələr olacağını görəcəyik” deyib.

Vaşinqton sakinlərinin mümkün hücum barədə panikaya düşüb-düşməməsi sualına Tramp “belə bir şeyə ehtiyac olduğunu düşünmürəm” cavabını verib və əgər hücum baş verərsə ABŞ-ın “onları məhv edəcəyini” əlavə edib.