QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri zamanı İspaniyadan idxal olunan dondurulmuş şokoladlı meyvə məhsulunda uyğunsuzluq müəyyən edilib.
“Pannamore” MMC-nin gətirdiyi “Franui Pink” markalı məhsul “FraNui Espana S.l.” müəssisəsində istehsal olunub. Ümumi çəkisi 293,4 kiloqram olan partiyadan laboratoriya müayinəsi üçün nümunələr götürülüb. Məhsulun istehsal və son istifadə tarixləri 24.07.2026–31.07.2028, partiya nömrəsi isə L26205-dir.
Sınaqlar partiyada kif və maya göbələkləri üzrə tələblərə uyğunsuzluq olduğunu göstərib. İstehlaka yararsız məhsulun gömrük ərazisindən çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul olunub. Sahibkarın müraciətindən sonra partiya məhv edilib.