QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vladimir Putin və Si Cinpinlə keçirdiyi üçtərəfli görüşü faktiki olaraq “üçlük sammiti” adlandırıb.
Tramp bu fikri Ağ Evdə Asiya turnesinin nəticələrinə həsr olunan mətbuat konfransında səsləndirib. O bildirib ki, səfər zamanı apardığı danışıqlar beynəlxalq sülhün və təhlükəsizliyin güclənməsinə töhfə verib.
“Dörd gün ərzində 20-dən artıq dünya lideri ilə görüşdüm, iki yeni ticarət sazişi imzaladım, daha 10-a yaxın saziş isə yaxın vaxtlarda imzalanacaq. Dörd böyük beynəlxalq sammitdə iştirak etdim, ABŞ-nin regionun bütün ölkələri ilə müttəfiqlik əlaqələrini bir daha təsdiqlədim və bütün dünyada sülhün, təhlükəsizliyin möhkəmlənməsinə töhfə verdim”, – Ağ Evin rəhbəri deyib.
Tramp Asiya səfərini ABŞ prezidentlərinin tarixdə xarici ölkələrə etdiyi ən uğurlu səfərlərdən biri kimi qiymətləndirib.