QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çindəki danışıqlar başa çatdıqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə telefon söhbətinə qatılıb. O, onları Rusiya ilə razılığa gəlməyə çağırıb.
“The Washington Post”un yazdığına görə, Tramp danışığa kürəkəni Cared Kuşnerin telefonu ilə qoşulub.
Mənbələrdən biri bildirib ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünün əsas hissəsinin Ukrayna mövzusuna həsr olunduğunu deyib. Onun sözlərinə görə, Putin razılaşma əldə etməyə hazırdır.
Tramp Avropa liderlərini də milyardlarla vəsaiti öz ölkələrinin inkişafına ayırmaq əvəzinə Ukraynaya yönəltməkdə qınayıb.