QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ukraynadakı münaqişənin həlli istiqamətində müəyyən proseslər başlayıb. ABŞ Prezidenti Donald Tramp bu barədə APEC sammitində Çin və Rusiya liderləri Si Cinpin və Vladimir Putinlə keçirilən üçtərəfli görüşdə danışıb.
Tramp Putinlə uzun müddət söhbət etdiklərini, müzakirənin demək olar ki, bütünlüklə Ukrayna məsələsinə yönəldiyini bildirib.
“Düşünürəm ki, o da mənim kimi bu münaqişənin başa çatmasını istəyir. Ümidvaram ki, digər tərəf də münaqişənin dayandırılmasında maraqlıdır”, – ABŞ prezidenti qeyd edib.