QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsində onun İranla bağlı bundan sonra hansı addımı atacağı məlum deyil. Bu qeyri-müəyyənlik respublikaçıların aralıq seçkilərdə məğlub olmasından sonra yaranıb. Trampın ikinci dəfə uduzmuş görünmək istəmədiyi bildirilir.

Prezidentin keçmiş müşavirlərindən biri deyib ki, hətta onun ən yaxın köməkçiləri də bundan sonra nə edəcəyini bilmir.

Trampın qarşısında üç mümkün yol var: İrana yeni zərbələr endirmək, danışıqlara başlamaq, yaxud sanksiyalar və dəniz blokadası ilə İran iqtisadiyyatına təzyiqi davam etdirmək.

Aralıq seçkilərindən sonra respublikaçılar Konqresin hər iki palatasına nəzarəti itiriblər.