QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünü Ukraynanın zərbə endirə biləcəyi qanuni hədəf kimi qiymətləndirib.

Zelenski bu fikri “NBC News” telekanalına müsahibəsində səsləndirib. O bildirib ki, Ukraynanın bir neçə obyektinə hücum edildikdən sonra Kiyev cavab verməli olub. “Onlar bir neçə obyektimizə hücum etdilər və təbii ki, biz cavab verməli olduq. Və təbii ki, biz Krım körpüsünə zərbə endirməklə cavab verdik”, - deyə Ukrayna Prezidenti qeyd edib.

Onun sözlərinə əsasən, körpü Rusiyanın 2014-cü ildə Krımı işğal etməsindən sonra inşa olunduğu üçün Ukrayna onu qanuni hərbi hədəf sayır.

Son günlər Ukrayna Krım körpüsünə ardıcıl olaraq bir neçə zərbə endirib. Rusiya Prezidenti Vladimir Putin isə bu hücumların cavabsız qalmayacağını bəyan edib.