QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında Türkiyə keçən ilin eyni dövrü ilə müqayisədə Rusiya boru kəməri qazının idxalını 18,2 faiz azaldıb.

Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin məlumatlarına görə, yalnız sentyabrda “Türk axını” və “Mavi axın” vasitəsilə ölkə 968 milyon kubmetr qaz alıb. Yanvar-sentyabr dövründə isə tədarük 13,1 milyard kubmetrə çatıb.

Noyabrın əvvəlində bildirildiyi kimi, bu ayın ilk beş günündə Türkiyəyə Rusiya boru kəməri qaz tədarükü demək olar ki, dördə yaxın artmışdı.

Türkiyənin Energetika və Təbii Resurslar naziri Alparslan Bayraktarın sözlərinə görə, Rusiya qazının alınması ölkəyə baha başa gəlir və Ankaranın məqsədi daha aşağı qiymətlərlə yanacaq təmin etməkdir. Buna görə Türkiyə ABŞ-dan maye təbii qaz (MTQ) almağı üstün tutur, lakin Rusiya enerjindən tam imtina etməyi planlaşdırmır.