QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Qazaxda iki nəfər arasında yaşanan mübahisə bıçaqlanma ilə nəticələnib.

Rayonda qeydə alınan hadisə zamanı yerli sakinlər, 2005-ci il təvəllüdlü İ.Əlizadə və 2007-ci il təvəllüdlü F.Musayev bıçaq yaraları ilə xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım göstərilib. Hazırda hər ikisinin vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata əsasən, mübahisə zamanı tərəflər bir-birinə bıçaqla xəsarət yetiriblər.

Faktla bağlı araşdırma davam edir.