QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Belçikanın “Union” klubunda forma geyinən Massire Silla Türkiyənin aparıcı komandalarının diqqət mərkəzindədir.

“Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” 21 yaşlı seneqallı mərkəz müdafiəçisinin oyununu izləyir. İstanbul təmsilçiləri futbolçunun durumunu yaxından nəzərdən keçirirlər.

Silla ilə İtaliyanın “Milan” klubu da maraqlanır.

“Union” müdafiəçini 2026-cı ilin yanvarında Norveçin “Lün” klubundan transfer edib. Belçika klubu onunla müqaviləni 2031-ci ilin iyun ayınadək uzadıb.