QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası 2026-cı il noyabrın 13-də baş tutub.

İclasın əvvəlində Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti, son vaxtlar görülən işlər və əldə olunan nəticələr, eləcə də əsas prioritetlər barədə məlumat verib.

Gündəlik çərçivəsində bəzi üzvlərin başqa vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, dövlət qulluğuna qəbul edilən şəxsin vəkillik fəaliyyətinin dayandırılması və vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərə baxılıb. Məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.

Daha sonra Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirəyə çıxarılıb. İntizam pozuntularına görə bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə cərimə intizam tənbehi verilib, üç nəfərə xəbərdarlıq olunub. Daha bir vəkilə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi əməl etməyin vacibliyi bildirilib.

İclasın sonunda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər nəzərdən keçirilib və onların həlli üçün qərarlar qəbul edilib.