QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 11-i və 12-də Gəncədə vətəndaşları qəbul edib və sıra baxışı keçirib.

İki gün davam edən qəbulda 379 nəfərin müraciəti dinlənilib. Eyvazov problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti elə yerindəcə həll edilib, qalan məsələlər isə nəzarətə götürülüb.

Sıra baxışının nəticələrinə əsasən, polis və daxili qoşunlarda xidmət etmək istəyən 461 gənc seçim turunun növbəti mərhələsinə keçib.