QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Vüqar Musayev 49 saylı Abşeron ikinci seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri vəzifəsinə təyin olunub.
Təyinatla bağlı əmri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov imzalayıb.
Vüqar Musayev Milli Məclisin I çağırış deputatı olmuş Səfyar Musayevin oğludur.