QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Vyetnamla bağlı söhbətlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tez-tez xatırlanır. Buna səbəb həmin ölkədə hazırda yüksək vəzifələr tutan bəzi şəxslərin təhsil üçün bu ali məktəbə üz tutmasıdır.
Azərbaycan və Vyetnam arasındakı tarixi bağların nədən qaynaqlandığı, eləcə də iki ölkənin və xüsusən ADNSU-nun əlaqələrinin hansı hadisələrlə formalaşdığı araşdırılıb.
Bu suallara cavab tapmaq məqsədilə Sorğu.tv universitetə baş çəkib. Hazırlanan reportajda ali məktəbin tarixi, Vyetnamla əməkdaşlığı və əlaqələrin yaranmasında ADNSU-nun rolu işıqlandırılıb.