QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Əməkdar artist Elton Hüseynəliyevin kiçik qızı Nuray ailə həyatı qurmağa hazırlaşır. Müğənni övladının nişanlandığını özü açıqlayıb.

İfaçı “Qonaqcanlı” verilişində Nurayın Lətif adlı gənclə nişan mərasiminin keçirildiyini deyib. Onların məktəb illərindən tanış olduqları və eyni sinifdə oxuduqları bildirilib. Ailələrin razılığı ilə el adətlərinə uyğun elçilik mərasimi də baş tutub.

Elton Hüseynəliyevin sözlərinə görə, qızının toyu yaxın vaxtlarda olacaq. Mərasimin təxirə düşməsini isə Lətifin adını daşıdığı babasının vəfat etməsi ilə izah edib.