QafqazNews Habertürk-a istinadən xəbər verir ki, Wall Street Journal-a danışan adı açıqlanmayan ABŞ rəsmiləri kəşfiyyat məlumatlarının İranın savaşa baxmayaraq hələ də 1 500 ilə 2 500 arası raketə sahib olduğunu göstərdiyini iddia ediblər.

Rəsmilər kəşfiyyat qiymətləndirmələrinin İranın raket ehtiyatının tam sayını müəyyən etməyin çətinliyinə görə “aşağı etibarlılıqda” olduğunu vurğulayıblar. Buna baxmayaraq, onlar Tahranın geniş silah ehtiyatlarına malik olduğunu bildiriblər.

Mənbə qeyd edib ki, ABŞ və İsrailin hücumlarının istehsal obyektlərinə vurduğu zərər olsa da, İran yavaş-yavaş silah istehsalını davam etdirir. Həmçinin rəsmilər Tahranın çoxlu sayda pilotsuz uçuş aparatı və qısa mənzilli raketlərə malik olduğunu iddia ediblər.

Xəbərdə ABŞ və İsrailli adları açıqlanmayan rəsmilərin İranın ABŞ-a məxsus hərbi obyektləri, radar və erkən xəbərdarlıq sistemlərini hədəf alması səbəbindən bəzi hərbi varlıqlarını daha “təhlükəsiz” hesab etdiyi İsrailə köçürdüyünü iddia etdikləri qeyd olunur.

Qeydataş ki, ABŞ Prezidenti Donald Trump əvvəlki açıqlamalarında İranın silah ehtiyatlarını aradan qaldırdıqlarını və onların geri qayıtmamasını təmin etdiklərini bildirmişdi.