QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Xaçmazda toy karvanında avtoxuliqanlıq edən və görüntüləri sosial şəbəkə hesablarında paylaşan VAZ-2107 markalı avtomobilin sürücüsü H.Məmmədov saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol hazırlanaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə H.Məmmədovun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılıb və o, inzibati həbsə məhkum edilib.