QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Xırdalan şəhərində su borusu partlayıb və Abşeron Gənclər Şəhərciyindəki binaların zirzəmilərini su basıb.

Hadisə barədə məlumatı sakinlər veriblər. Onların bildirdiyinə görə, borunun partlaması nəticəsində zirzəmilərə su dolub.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlara sorğu ünvanlanıb.