QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Qarabağ Dirçəliş Fondu sosial şəbəkələrdə reklamların yerləşdirilməsi üçün 39 min 952 manat vəsait ayırıb.

Reklam kampaniyası Facebook, Instagram, LinkedIn, YouTube və TikTok platformalarında aparılacaq.

Açıqlanan məlumata görə, fond “Meta Platforms”, “LinkedIn Corporation”, “Alphabet” və “ByteDance Ltd.” şirkətləri ilə bir il müddətinə satınalma müqavilələri imzalayıb.