QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycana daimi yaşamaq məqsədilə gələnlərin sayı ölkədən gedənlərdən çox olub.

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin aidiyyəti qurumları daimi məskunlaşmaq üçün Azərbaycana 3130 nəfərin gəldiyini qeydə alıb.

Eyni müddətdə ölkədən 1780 nəfər gedib. Nəticədə miqrasiya saldosu müsbət 1350 nəfər təşkil edib.