QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Füzulinin Böyük Bəhmənli kəndində bir neçə gün əvvəl baş vermiş yol qəzasında ağır yaralanan Rəvan Abbaszadə paytaxtdakı özəl xəstəxanalardan birinə köçürülüb.
2010-cu il təvəllüdlü məktəbli noyabrın 17-də Füzuli Mərkəzi Xəstəxanasından Şirvan Mərkəzi Xəstəxanasına aparılmışdı. O, Füzuli rayonundakı Mirzə Uluqbəy adına tam orta məktəbdə təhsil alır.
Qəzada üç nəfər həyatını itirib, daha dörd nəfər xəsarət alıb.