QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Yəmənin Əl-Mükəlla şəhərindən 95 kilometr cənub-qərbdə quru yük gəmisinə silahlı hücum cəhdi olub.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, göyərtəsində altı silahlı şəxsin olduğu kiçik qayıq gəmiyə yaxınlaşıb. Ardınca dörd dəfə atəş açılıb, gəmidəki silahlı mühafizəçilər isə xəbərdarlıq atəşi ilə cavab veriblər.

Kapitan gəminin zərər görmədiyini, heyət üzvlərinin isə xəsarət almadığını bildirib. İnsident araşdırılır. Gəmilərə ehtiyatlı davranmaq, şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunub.