QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Şahin Abbasov Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinə üzv və sədr müavini təyin olunub. Təyinat Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə rəsmiləşib.

1991-ci il təvəllüdlü Abbasov 2010–2013-cü illərdə Böyük Britaniyanın SOAS, London Universitetində hüquqşünaslıq üzrə bakalavr təhsili alıb. 2014–2015-ci illərdə isə Kembric Universitetində beynəlxalq hüquq üzrə magistr dərəcəsinə yiyələnib.

O, 2014–2016-cı illərdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, 2016–2018-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində, 2018–2025-ci illərdə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində müxtəlif vəzifələrdə işləyib. 2025-ci ildən yeni təyinatadək Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri olub.

Prezidentin 2024-cü il iyunun 24-də imzaladığı “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncamla Şahin Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.