QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, aktrisa Zümrüd Qasımova seriallarda rol almaq üçün yüksək qonorar istədiyini açıqlayıb.
Qasımova “MTV Maqazin”ə müsahibəsində serial çəkilişlərinə dəvət olunsa da, təklifləri qəbul etmədiyini deyib. Aktrisanın sözlərinə görə, seriallarda iştirak edib-etməmək onun şəxsi seçimidir və çəkiliş üçün ödəniş qənaətbəxş olmalıdır.
“Seriallara çəkilmirəm. Bu, öz seçimimdir. Qonorar normal olmalıdır ki, çəkiləsən. Elə olur ki, iki günə 20 bölüm üçün epizod çəkirlər. Maddi tərəfi yaxşı olanda həvəslənirsən. Dəvət ediblər, amma imtina etdim. Yaxşı ödəniş istəyirəm”, – deyə o bildirib.
Aktrisa sosial şəbəkələrdə izləyici sayının film və seriallarda rol almağa təsir etdiyini, lakin əsas meyarın bu olmamalı olduğunu vurğulayıb. O, yaxşı rejissor və ssenarinin daha vacib olduğunu söyləyib.
“Hər kəs öz peşəsi ilə məşğul olsa, yaxşıdır. Sosial şəbəkələr yaranandan hamı məşhur olub. Bilinmir, aktyor-aktrisa bizik, yoxsa onlar. Kimin izləyicisi çoxdursa, onu da filmə, seriala çəkirlər. Amma önəmli olan yaxşı rejissor və ssenaridir, sosial şəbəkədə izləyici sayı yox”, – Qasımova qeyd edib.