QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, 2027-ci ildə nominal orta aylıq əməkhaqqının 8,7 faiz artaraq 1 288,30 manata yüksələcəyi proqnozlaşdırılır.

Bu göstəricilər 2027-ci il Büdcə Zərfində yer alıb. Sənəddə orta aylıq nominal əməkhaqqının 2026-cı ildə 1 185,5 manat, gələn il isə 1 288,30 manat olacağı qeyd edilir.

Əhaliyə ödənişlər üzrə xərclərin cari ilin proqnozu ilə müqayisədə 9,2 faiz, gözlənilən icra göstəricilərinə nəzərən isə 10,9 faiz artırılması nəzərdə tutulur.