QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 25 348,2 milyon manat təşkil edib.
Funksional təsnifata əsasən, müdafiə və milli təhlükəsizlik üzrə 5 246,8 milyon manat xərclənib. İqtisadi fəaliyyətə 4 203,1 milyon, sosial müdafiə və sosial təminata 3 529,6 milyon manat yönəldilib.
Ümumi dövlət xidmətlərinin xərci 3 436,7 milyon manat, təhsil xərcləri 3 121,7 milyon manat olub. Məhkəmə və hüquq-mühafizə orqanlarına 2 197,5 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlərə isə 1 179,1 milyon manat ayrılıb.
Səhiyyə üzrə xərclər 953,8 milyon, kənd təsərrüfatı üzrə 750,9 milyon manat təşkil edib. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyətlərə 340,8 milyon manat sərf olunub.
Ətraf mühitin mühafizəsi üçün 221,5 milyon manat, mənzil və kommunal təsərrüfatı üçün isə 166,7 milyon manat xərclənib.