QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, aqrar sektorda gəlir və mənfəət vergisi ödəyənlər üçün vergi dərəcəsi 20 faizdən 2 faizə endirilib.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib. İclasda Vergi Məcəlləsinə və bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.
Nəzərli ət qiymətlərinin bahalaşması məsələsinə də toxunub. O qeyd edib ki, aqrar sektorla bağlı ən çox qaldırılan məsələdən başlamaq istəyir və ət qiymətindəki artımı nəzərə alaraq, idxalda ƏDV güzəşti tətbiq olunacaq. “Hansısa xüsusi risk görmürük”, – deyə xidmət rəisi bildirib.