QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Arda Gülerin “Real Madrid”dəki sabit maaşı 2026/27 mövsümündə 10,42 milyon avroya yüksələcək. Türkiyəli futbolçu klubla yeni müqavilə imzalayıb.
“Capology” maliyyə məlumat bazasının açıqladığı rəqəmlərə əsasən, Gülerin 2025/26 mövsümündə 5,21 milyon avro olan sabit məvacibi növbəti mövsümdə iki dəfə artacaq. Bonuslar nəzərə alındıqda onun klubdan illik qazancı 13,2 milyon avroya çatacaq.
Arda Güler cari mövsümdə “Real Madrid”in heyətində 14 oyunda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə verib. Futbolçunun hazırkı transfer dəyəri 100 milyon avro qiymətləndirilir.