QafqazNews Regnum-a istinadən xəbər verir ki, ABŞ İrana qarşı konfliktə 13 noyabr tarixinə qədər təxminən 48,3 milyard dollar xərcləyib, — The Independent yazır.
Bu məbləğə hərbi əməliyyatlar, texnikanın əvəzlənməsi və sursat ehtiyatlarının doldurulması xərcləri daxildir. Verilən rəqəmlərə görə, İranın dənizdə nəqliyyatına tətbiq olunan blokada ABŞ-ı təxminən 32,5 milyon dollar gündəlik xərcə salır.
Nəşr yazır ki, xərclərlə bağlı müzakirələr Konqresdə gərginləşib: administrasiya ikiqat müdafiə büdcəsi çərçivəsində 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin qəbulunu tələb edir.
Financial Times isə bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu demək olar ki, hər gün ABŞ prezidenti Donald Trampa zəng edərək onu İrana qarşı döyüş əməliyyatlarını bərpa etməyə inandımağa çalışır.
Donald Tramp əvvəlcə ABŞ-ın İranla tammiqyaslı hərbi əməliyyatları bərpa etməsini az ehtimal hesab etdiyini demişdi. O əlavə edib ki, yekun qərar İrandan ABŞ-ı qane edəcək bir razılaşmanın əldə olunmasına bağlı olacaq.
Tramp respublikaçıların Konqresdə aralıq seçkilərdə məğlub olmasını əsasən İranla müharibə və yanacağın qiymətinin artması ilə əlaqələndirdiyini etiraf edib, lakin müharibənin başlanmasına dəyər olduğunu bildirib və eyni durumda yenidən belə hərəkət edəcəyini vurğulayıb.
ABŞ və İsrail 28 fevralda İran əleyhinə genişmiqyaslı hərbi əməliyyata başlayaraq ölkə ərazisində müxtəlif obyektləri vurub. İran İslam Respublikası İsrailə və Yaxın Şərqdəki ABŞ bazalarına raket zərbələri endirib və Ormuz boğazını dost olmayan dövlətlər üçün bağlayıb.