QafqazNews Sputnik-a istinadən xəbər verir ki, ABŞ-ın İranla qarşıdurması fevralın sonundan bəri ölkəyə 48,3 milyard dollaradək xərclər gətirib, Pentagonun büdcə məsələləri üzrə məsul rəsmisi Artur Miller Senatın Silahlı Qüvvələr Komitəsində verdiyi ifadədə bildirib.
Miller noyabrın 13-nə olan yenilənmiş qiymətləndirməni təqdim edərkən, bu məbləğin ərzaq-silah ehtiyatlarına, hərbi texnikanın əvəzlənməsinə və hərbi əməliyyatların həyata keçirilməsinə sərf olunan xərcləri əhatə etdiyini deyib.
O bildirib ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisində hədəfləri vurmağa başlayıblar və İran tərəfi də öz zərbələri ilə cavab verib. Hazırda münaqişədə fasilə olsa da, problem həll olunmayıb və döyüşlərin yenidən bərpa olunma riski mövcuddur.