QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Abşeron rayonunda 89 yaşlı qadın bədbəxt hadisə nəticəsində həyatını itirib.
Noyabrın 11-də saat 11 radələrində Mehdiabad qəsəbəsində yaşayan, 1937-ci il təvəllüdlü Əzət İsmayıl qızı Xəlilova evində ehtiyatsızlıqdan sirkə turşusu içib. Zəhərlənən qadın ölüb.
Hadisə ilə bağlı araşdırmanı rayon prokurorluğu aparır.