QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, noyabrın 12-də Abşeronun Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksində motosiklet məktəblini vurub.
Hadisənin baş verdiyi anın görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Motosikleti idarə edən yeniyetmənin məktəblini qəsdən vurduqdan sonra ərazidən uzaqlaşdığı iddia olunur.
İnsidentlə əlaqədar polis araşdırma aparır.