QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2026-cı ilin ilk doqquz ayında keçirdiyi nəzarət tədbirləri nəticəsində 106,9 milyon manat geri qaytarılıb, 100,9 milyon manatlıq xərcin qarşısı alınıb.

Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, hesabat müddətində 84 təşkilatda yoxlamalar yekunlaşıb.

Onlardan 52-də nəzarət tədbirləri hüquq-mühafizə orqanlarının göndərdiyi qərarlar əsasında aparılıb. Qalan 32 təşkilatda isə plandankənar yoxlamalar keçirilib.

Geri qaytarılan və xərclənməsinin qarşısı alınan vəsaitlə bağlı göstəricilər yoxlama prosesi tamamlanan obyektlərə aiddir.