QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ağ Ev ABŞ Prezidenti Donald Trampın Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində yuxuya getdiyi barədə iddiaları rədd edib.
Ağ Evin kommunikasiya direktoru Stiven Çun X sosial şəbəkəsində paylaşım edərək “Newsweek” jurnalının Trampın Çin lideri Si Cinpinin qlobal ticarətə dair çıxışı zamanı yatdığı barədə məlumatını təkzib edib.
Çun paylaşımında iddianı “saxta xəbər” adlandırıb və Trampın çıxış vaxtı qarşısındakı sənədləri oxuduğunu bildirib. O, prezidentin gözlərinin sağa-sola hərəkət etdiyinin aydın göründüyünü qeyd edib. Çunun sözlərinə görə, mediaya qarşı narazılığın səbəbi onun daim yalan yaymasıdır.
Bundan əvvəl yayılan videogörüntülər əsasında Trampın Si Cinpinin çıxışı zamanı yuxuya getdiyi iddia edilmişdi.