QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Qax rayonunda baş verən yol qəzasında dörd yeniyetmə xəsarət alıb.

İlkin məlumata görə, yeniyetmənin idarə etdiyi minik avtomobili nəzarətdən çıxaraq aşıb. Hadisə Qax rayonunun ərazisində qeydə alınıb.

Avtomobildəki Qaysarlı kənd sakinləri, 16 yaşlı Yusif Aslanlı, Elgün Buğdaliyev və Qədir Məmmədli, eləcə də Bakı sakini 15 yaşlı Anar Əfəndizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yusif Aslanlı əlavə müayinə məqsədilə Zaqatalada fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinə göndərilib. Digər üç yeniyetmənin müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam edir.

Hadisə ilə bağlı araşdırma aparılır.