QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Avropa Şurasının prezidenti Antonio Kosta Avropa İttifaqının növbəti yeddiillik büdcəsində əhəmiyyətli azalmalar planlaşdırır.
Təklifin şənbə günü açıqlanması gözlənilir. Məlumatı mənbələrə əsasən “Politico” qəzeti yayıb.
Büdcədəki ixtisarların regional siyasətə ayrılan vəsaitlərə təsir edə biləcəyi bildirilir. Kənd təsərrüfatı subsidiyalarının isə indiki səviyyədə saxlanacağı gözlənilir.
İki mənbənin məlumatına görə, ümumi büdcə əvvəlki təkliflə müqayisədə 40 milyard avro azaldıla bilər. Həmin layihəni Aİ Şurasına sədrlik edən İrlandiya irəli sürüb.