QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, bitkoinin qiyməti iyulun 1-dən bu yana ilk dəfə 60 min dollarlıq həddi keçərək aşağı düşüb.
Kriptovalyutanın dəyəri son 24 saat ərzində 5 faiz azalaraq 59,8 min dollar olub.
CoinMarketCap məlumatlarında göstərilir ki, oktyabrın əvvəlində bitkoin 86-87 min dollar civarında satılıb. Hazırkı qiymət həmin səviyyədən təxminən 30 faiz aşağıdır.
Ekspertlərin proqnozuna əsasən, kriptovalyuta bazarındakı eniş ilin sonuna qədər, hətta daha uzun müddət davam edə bilər. Geriləmənin əsas səbəbləri sırasında riskli aktivlərdən kapital çıxışına yol açan mənfi makroiqtisadi amillər göstərilir.
İkinci ən böyük kriptovalyuta olan Ethereum da təxminən 1,7 min dollar səviyyəsində ticarət olunur.