QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Avropa İttifaqı Ukrayna üçün yeni hərbi texnikanın alınmasına 1 milyard avro ayrılmasını təsdiqləyib. Bu barədə Aİ Şurasının mətbuat xidməti qurumun rəsmi saytında məlumat yayıb.

Maliyyə Avropa Sülh Fondundan ayrılacaq. Qərar Rusiyanın Ukraynaya qarşı yeni hücumları fonunda qəbul olunub.

Vəsait 2027-ci ilin sonunadək pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri, döyüş sursatı, radioelektron mübarizə avadanlığı, radiolokasiya sistemləri və partlayıcı maddələrin tədarükünə sərf ediləcək.

Ayrılma 2026-cı il sentyabrın 25-də Aİ üzv dövlətlərinin Avropa Sülh Fondu çərçivəsində Ukrayna üçün ümumilikdə 6,6 milyard avro səfərbər etmək barədə əldə etdiyi siyasi razılaşmaya əsaslanır.